Bakı. Ramil Məmmədli-APA. Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) İdarə Heyətinin iclası keçirilib.
Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.
Yığıncaqda yanvarın 26-da KXCP Ali Məclisi sessiyasının gündəlik layihəsi müzakirə olunub, eyni zamanda “Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı” ictimai dinləmələrin keçirilməsi qərara alınıb və bununla əlaqədar bəyanat da qəbul edilib. Bəyanatda “Binə” Ticarət Mərkəzindəki mağaza sahiblərinin etiraz etmələrinə haqq qazandırılıb və baş verənlər pislənib.