Bank Of Baku

KXCP İdarə Heyətinin iclası keçirilib

KXCP İdarə Heyətinin iclası keçirilib
# 21 noyabr 2012 15:53 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) İdarə Heyətinin iclası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda  noyabrın 17-də Bakının “Fəvvarələr meydanı”nıda keçirilən aksiya iştirakçılarına qarşı polis zorakılığı pislənilib və həbs edilənlərin azadlığa buraxılması tələb edilib.

 

KXCP İsrail ordusunun Qəzzanı bombalamasını pisləyib, münaqişənin beynəlxalq hüquq çərçivəsində danışıqlar yolu ilə həll olunmasına və regionda sülhün bərqərar edilməsinə çağırıb. Yığıncaqda Rusiyanın Azərbaycanla bağlı yeritdiyi siyasətlə bağlı bəyanat qəbul edilib. Bəyanatda KXCP bu vəziyyətdə milli dövlətçiliyə sadiq bütün qüvvələrin vahid mövqedən - milli dövlətçilik mövqeyindən çıxış etməsini təklif edib, milli maraqlardan kənar çıxış edən qüvvələrlə  əməkdaşlıq etməməyə çağırıb.

 

İclasda “Sərbəst toplaşmaq azadlığı haqqında” qanununa dəyişikliklərlə bağlı məsələyə də münasibət bildirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR