Bank Of Baku

KXCP İran səfirliyi qarşısında piket keçirəcək

KXCP İran səfirliyi qarşısında piket keçirəcək
# 24 dekabr 2012 16:34 (UTC +04:00)

 

Bakı – APA. Klassik Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib. KXCP-dən APA-ya verilən məlumata görə, toplantıda  qərarların icra vəziyyəti, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə olunub. Müzakirə olunan məsələlərlə bağlı  müvafiq qərarlar  qəbul edilib.

 

İclasda  Müsavat  Partiyasının üzvü Nigar Yaqublu  haqqında  Abşeron rayon Məhkəməsinin çıxardığı  2 il 6 aylıq qanunsuz həbs cəzası və məhbusların hüquqlarının pozulması, həbsxanalardakı vəziyyətlə bağlı KXCP-nin etiraz bəyanatı qəbul olunub.

 

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Bayramı münasibətilə həmin gün saat 12.00-da Fəxri Xiyabanda Elçibəyin məzarını ziyarət olunması və saat 13.00-da İran səfirliyi önündə  etiraz piketini keçirməsi qərara alınıb. 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dəyirmi masanın keçirilməsi də qərarlaşdırılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR