Bakı. Ramil Məmmədli – APA. Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri özünə yeni müşavirlər təyin edib.
KXCP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, partiyanın sədri Mirmahmud Mirəlioğlunun yeni sərəncamı ilə KXCP seçki qərargahının işinin gücləndirilməsi məqsədi ilə zonalar üzrə seçkilərə hazırlıq işlərinə rəhbərlik etmək üçün İbrahim Əliyev, Əli Abdullayev, Şükür İzzətoğlu, Azad Şəfiyev, Yaqub Babalı, Heybət Səfərli, Sərkar Mərdanov müşavir təyin olunub.
Müşavirlər KXCP Mərkəzi Seçki Qərargahı ilə rayon (şəhər) şöbələrinin seçki qərargahlarının əlaqələndirilməsi, seçki dairələrindəki problemlərini öyrənilməsi, rayon (şəhər) şöbələri tərəfindən seçki ərazilərinin əhatə edilməsinin təmin edilməsi, bütövlükdə seçkilərə hazırlıq işlərinin yüksəldilməsi istiqamətində fəaliyyət göstərəcəklər.