Bank Of Baku

Maliyyə Nazirliyi siyasi partiyaların mühasibləri üçün seminar-praktikumlara başlayıb - FOTO

Maliyyə Nazirliyi siyasi partiyaların mühasibləri üçün seminar-praktikumlara başlayıb - <span style="color: red;">FOTO
# 14 fevral 2013 11:53 (UTC +04:00)

 

Bakı - APA. Azərbaycan Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində siyasi partiyaların baş mühasibləri və ya illik maliyyə hesabatlarını tərtib edən əməkdaşları üçün seminar-praktikum təşkil edilib.

 

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, seminarın keçirilməsində məqsəd siyasi partiyalar tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq illik maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi üzrə yaranacaq ilkin çətinliklərin qarşısının alınmasıdır.

 

Dünən baş tutan ilk seminar-praktikumda 13 siyasi partiyadan 16 nümayəndə iştirak edib. Seminar fevralın 15-nə qədər davam edəcək. Siyasi partiyalarda mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtibi ilə bağlı ikinci və üçüncü seminar-praktikumlar isə 19-21 və 25-27 fevral 2013-cü il tarixlərdə təşkil ediləcək.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR