Bank Of Baku

MDHP və ATA bloku arasında anlaşma imzalanıb

MDHP və ATA bloku arasında anlaşma imzalanıb
# 10 aprel 2013 11:43 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Bu gün Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP) və iyirmi iki partiyadan formalaşmış Ata bloku anlaşma imzalanıb.

 

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, anlaşmada Azərbaycanın dövlət maraqlarının qorunması, sabitliyin əldə olunması, seçki öncəsi mühitin demokratikləşməsi, seçkilərin demokratik, şəffaf keçirilməsi və seçkilərin müşahidəsinin birgə təşkili, fəaliyyət müddətində daha dərin inteqrasiya və prezident seçkilərində vahid namizədlə iştirakın müzakirəsi məsələlərində əməkdaşlıq etmək niyyəti öz əksini tapıb.

 

MDHP Fərəc Quliyev və Ata blokunun sədri  Çingiz Dəmiroğlu müddəalar əsasında digər siyasi qüvvələrlə də konsolidasiyanın mümkünlüyünü vurğulayıblar.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR