Bank Of Baku

Məhkəmə icraçıları ADP sədrinin müavininin əmlakını qeydə alıblar

Məhkəmə icraçıları ADP sədrinin müavininin əmlakını qeydə alıblar
# 12 mart 2013 16:16 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Binəqədi rayon məhkəmə icraçıları Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin gənclərlə iş üzrə müavini Cəmil Hacıyevin valideynlərinə məxsus əmlakı qeydə alıb. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məhkəmə icraçıları bu gün C. Hacıyevin qeydiyyatda olduğu, valideyninə məxsus olan mənzilə gələrək evdəki əşyalara baxış keçirib və siyahıya alaraq aktlaşdırıblar. Məhkəmə icraçıları mənzilə daxil olanda Cəmil Hacıyev icraçılardan icra haqqında vərəqə və ya hər hansı sənəd tələb etsə də, onlar hansısa sənəd göstərməkdən imtina ediblər. Məhkəmə icraçıları hərəkətlərinin icra qanununa əsaslandığını bildirərək yalnız tərtib olunacaq aktın surətini borclu şəxsə təqdim edəcəklərini bildiriblər.

 

Evdəki əşyaların siyahıya alınması başa çatdıqdan sonra məhkəmə icraçıları möhürün idarədə qaldığını deyərək C. Hacıyevə idarəyə gəlib həm icra vərəqəsinin surətini, həm də aktın təsdiq olunmuş surətini ala biləcəyini söyləyiblər. C. Hacıyev aktla tanış olarkən mənzildəki əşyaların ona məxsus olmadığını bir daha bildirsə də, məhkəmə icraçıları müvafiq orqanlara onun hansı əmlaka malik olması haqqında sorğu göndərdiklərini və cavab gəldikdən sonra təsdiq olunmuş siyahı əsasında əmlaka həbs qoyulması üçün məhkəməyə göndəriləcəyini bildiriblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR