Bakı – APA. Nəsimi Rayon Məhkəmə qərarlarının icrası idarəsinin nümayəndələri fevralın 12-də Müsavat Partiyasının Divan üzvü, Gənclər Təşkilatının sədri Tural Abbaslının evinə baxış keçiriblər.
Müsavat Partiyasından APA-ya verilən məlumata görə, məhkəmə icraçıları evdəki əşyaları qeydə alıblar.
Onlar bunu T. Abbaslının yanvarın 12-də əsgər ölümlərinə etiraz olaraq gənclərin keçirdikləri aksiyada iştirak etdiyinə görə tətbiq edilən cəriməni ödəməməsi ilə əlaqələndiriblər.
Müsavat Partiyası isə bu addımın qanunsuz olduğunu bəyan edib.