YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov APA-ya açıqlamasında bildirib ki, əvvəlki müavinlərdən Əli Əhmədov postunda qalıb.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, AMEA prezidenti Akif Əlizadə və baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov YAP sədrinin yeni müavinləri seçiliblər.
Qurultay artıq başa çatıb.