Bank Of Baku

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
# 18 fevral 2013 14:27 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Bu gün Mərkəzi Seçki Komissiyasının iclası keçirilib. APA-nın məlumatında görə, MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçən iclasda əvvəlcə MSK-nın 27 dekabr 2012-ci il tarixli iclas protokolu təsdiq edilib.

 

Daha sonra bəzi dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib. Belə ki, 53 saylı Quba-Qusar seçki dairəsi üzrə Dairə Seçki Komissiyasının (DSK) üzvü Muhbalayev Fazil Cəlal oğlunun vəfat etməsi ilə əlaqədar onun yerinə Ramazanov Ruslan Rahim oğlu seçilib.

 

Bununla yanaşı, 30 saylı Suraxanı DSK-nın üzvü İbrahimov İlqar Əli oğlu, 80 saylı İmişli Beyləqan DSK-nın üzvü Şükürov Nəsib Nəriman oğlu, 91 saylı Ucar DSK-nın üzvü İmranova Aynurə İmran qızı, 115 saylı Şəki kənd DSK-nın üzvü Məmmədov Rəsul İsrafil oğlu başqa işə keçmələri ilə əlaqədar komissiya üzvlüyündə işlərinə xitam verilib. Eyni zamanda 65 saylı Saatlı Sabirabad DSK-nın üzvü Zeynalov Abbasqulu Əlicabbar oğlunun əvəzinə Zeynalov Əlicabbar Abbasqulu oğlu seçilib, 44 saylı Sumqayıt- Abşeron seçki dairəsinin DSK-nın üzvü Şirinov Hüseynalı Şirin oğlu səhhəti ilə əlaqədar tutduğu vəzifədən kənarlaşdırılıb. Daha sonra 121 saylı Laçın DSK-nın üzvü İsmayılov Nofəl Şahmar oğlunun və 36 saylı Xətai 4-cü DSK-nın üzvü Axundov Firdovsi Allahverdi oğlunun öz ərizələri ilə tutduqları vəzifədən kənarlaşdırılmaları müzakirə olunub və qəbul olunub. İndiyə qədər boş qalan 76 saylı Lənkəran-Astara DSK-nın üzvlüyünə Mikayılov Rüstəm İsmayıl oğlu, 71 saylı Masallı kənd DSK-nın üzvlüyünə isə Xamməmmədov Hikmət Əbülfəz oğlu irəli sürülərək seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR