APA-nın xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov müxalifət təmsilçilərinin seçki komissiyalarının formalaşdırılmasında iştirakı ilə bağlı sualı belə cavablandırıb. Onun sözlərinə görə, ölkədə bütün seçki komissiyaları 1/3 prinsipi ilə formalaşdırılır: “Hesab edirəm ki, səslənən iradlara baxmayaraq, bu, kifayət qədər ədalətli formatdır. Komissiyaların bu tərkibdə formalaşması seçicilərin də maraqlarına uyğundur. Çünki Azərbaycan cəmiyyətinin böyük əksəriyyəti heç bir partiya mənsubiyyəti olmayan şəxslərdən ibarətdir. Ona görə də bu iradların səslənməsini bir qədər qəribə qəbul edirəm”.