Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev millət vəkili Elmira Hüseyn qızı Axundovanın “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
APA-nın xəbərinə görə, E.Axundova Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə təltif edilib.