Bakı. Kəmalə Quliyeva-APA. Milli Məclisin iclasında “İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və İnkişaf Bankının Nizamnaməsinin təsdiq edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. APA-nın xəbərinə görə, qanun layihəsi barədə İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.
Z. Səmədzadə deyib ki, gələcəkdə Azərbaycanın bu təşkilatda iştirak imkanları genişlənəcək. O, millət vəkillərini qanun layihəsini dəstəkləmə çağırıb.
Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.