Bank Of Baku

Milli Məclis bir sıra qanunvericilik aktlarına siyasi partiyalarla bağlı təklif olunan əlavə və dəyişiklikləri qəbul edib

Milli Məclis bir sıra qanunvericilik aktlarına siyasi partiyalarla bağlı təklif olunan əlavə və dəyişiklikləri qəbul edib
# 11 dekabr 2012 11:26 (UTC +04:00)

 

 APA-nın məlumatına görə, layihədə Cinayət Məcəlləsinə təklif edilən əlavəyə əsasən, siyasi partiyaya üzvlüyə və üzvlüyündə qalmaya məcbur etməyə görə min manatdan 3 min manatadək cərimə və ya iki ilədək müddətə islah işləri, və ya iki ilədək azadlıqdan məhrumetmə cəzası müəyyənləşdirilib.

 

Başqa bir əlavəyə görə «Həmkarlar ittifaqları haqqında» qanuna edilmiş dəyişikliyə əsasən, həmkarlar ittifaqları siyasi partiyaların rəmzlərindən istifadə edə bilməzlər.

 

Mülki Məcəlləyə təklif edilən dəyişikliyə görə, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yer hüquqi şəxsin olduğu yer sayılmalıdır.

 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli deyib ki, komitənin iclasında siyasi partiyalarla bağlı qanunvericiliyə edilən dəyişiklər çərçivəsində “Dövlət qulluğu haqqında” qanuna təklif olunan dəyişikliyə yenidən baxılması barədə təklif daxil olub. Ə. Hüseynli deyib ki, qanunun 4.2-ci maddəsinə təklif olunan “dövlət orqanlarında siyasi partiyaların təşkilatlarının yerləşdirilməsinə və ictimai birliklərinin strukturlarının yaradılmasına yol verilmir” dəyişikliyinə yenidən baxılması haqqında qərar verilib: “Bunu qanunvericilik təşəbbüsü subyekti ilə müzakirə etdik və dəyişikliyin layihədən çıxarılmasına qərar verildi”.

 

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə isə “Siyasi partiyalar haqqında” qanunun  pozulması ilə bağlı əlavələr təklif olunub. Əlavələrə əsasən, siyasi partiyalar haqqında qanunvericiliyin pozulmasına görə -  fiziki şəxslər 750 manatdan 1500 manatadək miqdarda, vəzifəli şəxslər 1500 manatdan 3000 manatadək miqdarda, hüquqi şəxslər 8000 manatdan 15000 manatadək miqdarda cərimə ediləcək.

 

Məcəllənin 49-4.1-ci maddəsində nəzərdə tutulmuş xətalar il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədildikdə fiziki şəxslər 1500 manatdan 3000 manatadək miqdarda, vəzifəli şəxslər 3000 manatdan 6000 manatadək miqdarda, hüquqi şəxslər 15000 manatdan 30000 manatadək miqdarda cərimə olunacaqlar.

 

Qanun layihələri səsverməyə çıxarılaraq qəbul edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR