Bakı. Rəşad Süleymanov – APA. Milli Məclis Azərbaycan Cinayət Məcəlləsinə silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarının pozulması ilə bağlı əlavə edib. APA-nın məlumatına görə, əlavə məcəllənin 116-cı maddəsinə olunub. Əlavəyə əsasən, hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən dini, təhsil, elm, xeyriyyə, tibb obyektlərinə, xəstə və yaralıların yerləşdiyi yerlərə hərbi zərurət olmadan hücum etmə, hərbi zərurət olmadan qəsdən mədəni sərvəti, o cümlədən gücləndirilmiş mühafizə altında olan mədəni sərvəti hücum obyektinə çevirmə, mədəni sərvətləri qəsdən böyük həcmdə dağıtma və s. mədəni sərvəti işğal edilmiş ərazidən qanunsuz çıxarma, yaxud həmin ərazidən olan mədəni sərvətə mülkiyyət hüququnun başqasına vermə, işğal edilmiş ərazidə arxeoloji qazıntı aparma cinayət məsuliyyəti yaradacaq.