Bank Of Baku

Milli Məclisdə Bakıdakı ali məktəblərin regionlara köçürülməsi təklif olunub

Milli Məclisdə Bakıdakı ali məktəblərin regionlara köçürülməsi təklif olunub
# 15 mart 2013 10:43 (UTC +04:00)

APA-nın məlumatına görə, deputat Fuad Muradov Səbayel rayonunda üzləşdiyi problemləri sadalayıb: “Bunlardan biri küçələrin işıqlandırılması ilə bağlıdır. Bayıl qəsəbəsində binalar tikilib, təmir olunub, ancaq işıqlanma olmadığına görə insanlar bunu yaxşı qiymətləndirə bilmirlər. Səbayel rayonunda qəza vəziyyətində olan binalar var. Dəfələrlə bununla bağlı müvafiq qurumlara müraciət etsək də, məsələ həllini tapmır. Bakı Şəhər İcra Hakimiyyəti deyir ki, büdcəmizdə pul yoxdur”.

 

Deputat Xocalıdan olan və hər iki valideynlərini itirmiş uşaqlarla bağlı məsələyə də toxunub: “Onların sayı 25 nəfərdir. Artıq onlar uşaq deyillər, müəyyən problemləri var. Onların problemlərinin həllinə dəstək verilməsi vacibdir”.

 

Deputat Mübariz Qurbanlı isə deyib ki, dünyada iqtisadi böhranın davam etməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. O, ötən illər ərzində Azərbaycan manatının sabit qalmasının ölkədə düzgün pul-kredit siyasətinin həyata keçirilməsi ilə əsaslandırıb. Deputat Bakıda sıxlığın aradan qaldırılması üçün regionların inkişafının zəruri olduğunu söyləyib: “Bakını yüklənməsinin qarşısını inzibati yollarla almaq, Bakıda yenidən pasport qeydiyyatı rejiminə qayıtmaq olmaz. Ona görə də regionların inkişafı proqramına uyğun olaraq bölgələrimizin inkişafına, orada sənaye mərkəzlərinin yaradılmasına nail olmalıyıq. Azərbaycanda ali məktəblərin çoxu regionlara köçürülməlidir”.

 

Millət vəkili Zahid Oruc isə bu gün hökumətin hesabatının prezidentin rəhbərliyi ilə keçirilən müşavirənin ruhuna uyğun olmasını istəyib: “İnsanların əllərinə götürdüyü portretlər məhz prezidentin portretləridir. O müşavirənin bütün qərarlarını rəhbər tutub, regionlarda tez-tez olmaq lazımdır. Regionlarda başqa qüvvələrin hansısa problemlərdən istifadə etməsinə yol vermək olmaz”.

 

Z. Oruc 450 minə qədər insanın qanunsuz tikilmiş evlərdə yaşadığını qeyd edib: “Sabah o evlərdə yaşayan, böyüyən uşaqların gələcəyi necə olacaq? Tez-tez belə insanların kriminal hadisələr törətdiyini də eşidirik. Biz o insanların üzərinə ekskvatorla getməli deyilik. Yaxşı olardı ki, baş nazir bu məsələnin ciddiliyini prezidentin diqqətinə çatdırsın, xüsusi komissiya yaradılsın”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR