Bank Of Baku

Milli Məclisin payız sessiyasının son iclasının gündəliyinə 16 məsələ daxil edilib

Milli Məclisin payız sessiyasının son iclasının gündəliyinə 16 məsələ daxil edilib
# 25 dekabr 2012 11:08 (UTC +04:00)

 

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Milli Məclisinin payız sessiyasının dekabrın 28-də keçiriləcək son iclasının gündəliyinə 16 məsələ daxil edilib. Bu barədə APA-ya Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.

 

Ötən iclasın gündəliyinə salınmış, lakin iclas günü gündəlikdən çıxarılmış “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə qanun layihəsi, Vergi Məcəlləsinə, “Xüsusi iqtisadi zonalar haqqında”, “Sərhəd Qoşunları haqqında”, “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanuna dəyişikliklərlə yanaşı, İnzibati Xətalar Məcəlləsinə, Əmək Məcəlləsinə və Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi, Azərbaycan prezidenti İlham Əliyevin və Özbəkistan prezidenti İslam Kərimovun birgə Bəyanatının təsdiq edilməsi, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası Katibliyinin maliyyə qaydaları haqqında Sazişin, “Azərbaycan Respublikası hökuməti və İtaliya Respublikası hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında” Sazişin, Avropa Yenidənqurma və İnkişaf Bankının təsis edilməsi haqqında sazişə dəyişikliklər edilməsi, Azərbaycan hökuməti ilə Bosniya və Herseqovina Nazirlər Şurası arasında imzalanmış “Diplomatik xidməti pasportlara malik olan şəxslərin viza tələbindən azad edilməsi haqqında” Saziş və “Gəlirlərə və əmlak vergilərinə münasibətdə ikiqat vergi tutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın təsdiq edilməsinə dair qanun layihələri müzakirəyə çıxarılacaq.

 

Milli Məclis həmçinin 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciət qəbul edəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR