Bank Of Baku

Mingəçevirdə Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar konfrans keçirilib

Mingəçevirdə Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar konfrans keçirilib
# 27 aprel 2013 21:09 (UTC +04:00)

Mingəçevir. Elvin Yaqubov-APA. Azərbaycanın elektrik enerjisi sisteminin kollektivi  Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə Mingəçevir şəhərində tədbir keçirib. APA-nın məlumatına görə Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində keçirilən konfransda “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev, Milli Məclisin deputatı Aydın Mirzəzadə, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, “Azərenerji”ASC-nin vitse-prezidenti Marlen Əsgərov çıxış edib. Bildirilib ki, hazırda Azərbaycan müstəqil elektrik enerjisi sisteminə malikdir və bunun əsası məhz ötən əsrin 70-ci illərində qoyulub. Belə ki, Azərbaycanda elektrik enerjisi istehsalı hələ XIX əsrin sonu - XX əsrin əvvəllərindən başlansa da, uzun illər ərzində bu sahədə inkişaf ləng gedib. 1969-cu ildə Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişindən sonra elektik enerjisi sisteminin inkişafını təmin etmək məqsədilə tədbirlər həyata keçirilib.

 

 

 

Qeyd edilib ki, Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Cənubi Qafqazın ən böyük istilik-elektrik stansiyası sayılan, gücü 2400 MVt olan 8 enerji blokundan ibarət olan “Azərbaycan” İES-in birinci enerji bloku 1981-ci il oktyabrın 20-də istifadəyə verilib. Bu möhtəşəm hadisə Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsasını qoyub. Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə respublikanın elektrik enerjisi sistemində görülən işlər və əldə olunan nailiyyətlərdən danışan natiqlər bildiriblər ki, son illər həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkəmiz elektrik enerjisi idxalından azad olub, ölkə enerji sisteminin təhlükəsizliyi təmin edilib. Eyni zamanda, mövcud stansiyalar modernləşdirilib, dünya standartlarına cavab verən müasir qurğu və avadanlıqlarla təchiz edilib.

 

Tədbirdə “Azərbaycanın müstəqil elektrik enerjisi sisteminin yaradıcısı” filmi nümayiş etdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR