Bank Of Baku

Mirmahmud Mirəlioğlu: “Bizi AXC-nin yubileyinə dəvət etməmişdilər, etsələr belə, getməyəcəkdim”

Mirmahmud Mirəlioğlu: “Bizi AXC-nin yubileyinə dəvət etməmişdilər, etsələr belə, getməyəcəkdim”
# 16 iyul 2013 14:09 (UTC +04:00)

Onun sözlərinə görə, KXCP Azərbaycan Xalq Cəbhəsi Partiyasının təşkilatçılığı ilə keçirilən Azərbaycan Xalq Cəbhəsinin (AXC) 24 illiyinə həsr olunmuş tədbirə dəvət olunmayıb: “Bu tədbirdən xəbərimiz yox idi. Partiyamız Azərbaycan Xalq Cəbhəsinin 20 illik yubileyini qeyd edəndə Əli Kərimlini dəvət etmişdik, lakin o da iştirak etməmişdi. Amma biz bu gün o tədbirə dəvətli deyildik. Amma dəvətli olsaq belə, təşəkkür edib getməyəcəkdim. Çünki bu gün Ali Məclisin sessiyası keçirilirdi”.

 

M. Mirəlioğlu partiyanın qərargahında AXC-nin yubileyinin qeyd edildiyini vurğulayıb: “Özümüz öz bayramımızı qeyd edirdik. Biz Azərbaycan Xalq Cəbhəsinin qurucularındanıq, KXCP-ni də AXCP-nin varisi sayırıq, həmçinin Elçibəy yolundayıq. Onlar da bu bayramı keçirirdi, bayramları mübarək olsun”.

 

Qeyd edək ki, bu gün VHP-nin qərargahında Azərbaycan Xalq Cəbhəsi Partiyasının təşkilatçılığı ilə Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaradılmasının 24 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə Milli Şuraya daxil olan, AXC-nin yaradılmasında yaxından iştirak etmiş bəzi partiyaların sədrləri, ziyalılar iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR