Bu açıqlamanı APA-ya Milli Şuranın üzvü, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu verib.
Partiya sədri KXCP-nin prezident seçkilərində öz namizədi ilə iştirakı haqqında qərarın hələ də Ali Məclisin gündəliyindən çıxarılmamasına münasibət bildirib. O qeyd edib ki, partiya hazırda buna ehtiyac görmür: “Hər bir partiya sədri öz təşkilatını təmsil edir. Biz Milli Şurada təmsil olunuruq və orada Milli Şuranın vahid namizədinə səs vermişik. Eyni zamanda vahid namizədi dəstəkləyəcəyimiz haqqında qərara qəbul etmişik. Yenidən təşkilati qərara ehtiyac yoxdur. Bütün bunlar təkrar işlərdir. Ehtiyac olduğu təqdirdə, biz bu məsələni gündəlikdən çıxaracağıq. Amma hazırda buna ehtiyac görmürük”.