Bank Of Baku

MSK-da iclas keçirilib

MSK-da iclas keçirilib
# 05 iyun 2013 14:27 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA–nın məlumatına görə, iclası açıq elan edən sədr Məzahir Pənahov bildirib ki, gündəlikdə MSK-nın normativ xarakterli bəzi aktlarının qəbul edilməsi və bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi var.

 

MSK katibi normativ aktlar barədə məlumat verib və səsə qoyularaq qəbul olunub. Ardıcıl olaraq gündəlikdəki digər məsələlər də səsə qoyularaq qəbul edilib. Daha sonra cari məsələlərin müzakirəsi olub. Müzakirələr arasında seçkilər günü səsvermə məntəqələrində müşahidə kameralarının quraşdırılması qabardılıb. Qərara alınıb ki, növbəti seçkidə ölkə üzrə müşahaidə kameralarının sayı 20 faizə çatdırılsın. Eyni zamanda qərara alınıb ki, ilk dəfə olaraq səsvermə kabinələri şəffaf şüşələrlə əhatəyə alınsın ki, içərisi görünsün.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR