Bakı. Ramil Məmmədli - APA. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbədənkənar iclası keçirilib.
APA-nın xəbərinə görə, yığıncaqda MSK sədri Məzahir Pənahov gündəliklə bağlı məlumat verib. Əvvəlcə bugünkü iclasın gündəliyi, sonra isə MSK-nın oktyabrın 19-da keçirilən toplantısının iclas protokolu təsdiq edilib.
Bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişikliklərin edilməsi ilə bağlı isə məlumatı MSK katibləri Arifə Muxtarova, Mikayıl Rəhimov və komissiyanın üzvü Şaitdin Əliyev verib.
Daha sonra cari məsələlərə baxılıb.