Bank Of Baku

Müasir Müsavat Partiyası prezidentliyə namizədini müəyyənləşdirib

Müasir Müsavat Partiyası prezidentliyə namizədini müəyyənləşdirib
# 15 yanvar 2013 15:56 (UTC +04:00)

 

Bakı. Etibar Məmmədov - APA. Bu gün Müasir Müsavat Partiyası (MMP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda öncə son günlər ölkədə və dünyada baş verən hadisələr müzakirə edilib.

 

İclasda qurultaya hazırlıq məsələləri də müzakirə olunub.

 

Müzakirələr zamanı qeyd olunub ki, partiyanın rayon təşkilatları MMP-nin 2013-cü il prezident seçkisində namizədinin Hafiz Hacıyev olması təklifi ilə çıxış edib. İdarə Heyəti bu təklifi müzakirə edərək, müvafiq qərar qəbul edib.

 

Qərarda bildirilir ki, MMP Azərbaycanda keçiriləcək növbəti prezident seçkisinə mütləq qatılsın və partiya üzvlərinin arzusuna uyğun olaraq, Hafiz Hacıyev növbəti dəfə MMP-nin prezident seçkisində namizədi olsun.

 

Qeyd edək ki, artıq H. Hacıyev prezident seçkisinə qatılmaq barədə təkliflərə müsbət cavab verib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR