Bank Of Baku

Mübariz Qurbanlı: “Azərbaycan bu təbliğatı davam etdirəcək”

Mübariz Qurbanlı: “Azərbaycan bu təbliğatı davam etdirəcək”
# 25 fevral 2013 08:49 (UTC +04:00)

 

Bakı. Mübariz Aslanov - APA. Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin qərargahında Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı tədbir keçirilib. APA-nın məlumatına görə, YAP Gənclər Birliyinin sədri Seymur Orucov çıxışında bildirib ki, insan haqlarının prioritet olduğu dünyada hələ də ermənilərin azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımının səbəbkarları cəzasız qalır: “Son vaxtlar Heydər Əliyev Fondu, onun vitse-prezidenti Leyla Əliyeva “Xocalıya ədalət” kampaniyası çərçivəsində dünyanın əksər ölkələrinə bu həqiqətləri çatdırır. Xüsusən son günlər gənclərimiz tərəfindən ABŞ Dövlət Departamentinin müvafiq bölmələrinə bununla bağlı məktublar göndərilir”.

 

Çıxış edən deputat Bəxtiyar Əliyev isə deyib ki, Xocalı soyqırımının konkret cinayətkarları Ermənistan və ermənilərdir: “Bu, hansısa bir qrupun əməli deyil, bunun arxasında konkret olaraq Ermənistan dayanır”.

 

B. Əliyev qeyd edib ki, dünya birliyi bu soyqırımla bağlı kifayət qədər məlumatlandırılsa da, cinayəti törədənlər təəssüf ki, hələ də cəzasız qalır.

 

YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlı isə faciəni törədənlərin cəzasız qalmalarına baxmayaraq, Azərbaycanın bu təbliğatı davam etdirəcəyini söyləyib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR