Bank Of Baku

Mübariz Qurbanlı: “Əkrəm Əylisli təqib olunmur”

Mübariz Qurbanlı: “Əkrəm Əylisli təqib olunmur”
# 07 fevral 2013 14:41 (UTC +04:00)

 

Bakı. Mübariz Aslanov-APA. “Əkrəm Naibov Azərbaycan xalqının ona verdiyi etimadı doğrultmadı, yazdığı ilə erməni təbliğatına, ideologiyasına rəvac verdi. Azərbaycan Prezidenti məhz xalqın etimadını doğrultmadığı üçün Əkrəm Əylislidən xalq yazıçısı adını geri aldı”. Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Mübariz Qurbanlı deyib.

 

Bədii əsərin insanların təfəkküründə böyük rol oynadığını söyləyən M. Qurbanlı Ə. Əylislinin romanında Azərbaycan tarixini tamamilə qeyri-obyektiv əks etdirdiyini vurğulayıb: “Bu, Azərbaycan xalqına xəyanətdir. İctimaiyyətdə geniş etiraza səbəb olduğu üçün Azərbaycan Prezidenti xalqın səsini eşidərək onun “Xalq yazıçısı” adından məhrum edilməsi barədə sərəncam verdi. Ədalət öz yerini tutdu, lakin Əkrəm Əylislinin bizə vurduğu mənəvi ziyanı biz hələ çox hiss edəcəyik”.

 

YAP nümayəndəsinin fikrincə, Ə. Əylisli prezident sərəncamına qədər özü bu addan imtina etməli idi: “Lakin o bunu etmək əvəzinə, müxtəlif xarici təşkilatların, ölkələrin Azərbaycandakı nümayəndəliklərinə müraciət edir ki, guya təqib olunur. Bu, tamamilə yalandır, Əkrəm Əylislini heç kim Azərbaycanda təqib etmir və edə bilməz. Onu ancaq öz vicdanı təqib edir”.

 

M. Qurbanlı Ə. Əylislini müdafiə edənlərə də müraciət edib: “Onu bu xəyanətindən sonra müdafiə edənlər ya romanı oxumayıblar, ya bədii əsəri qavraya bilməyiblər, ya da azərbaycançılıq hissləri yoxdur”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR