Bank Of Baku

Müsavat başqanı İsa Qəmbərin seçki qərargahı bu ay formalaşdırılacaq

Müsavat başqanı İsa Qəmbərin seçki qərargahı bu ay formalaşdırılacaq
# 24 yanvar 2013 08:23 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. “Müsavat Partiyasının başqanı İsa Qəmbərin seçki qərargahı yanvarın sonuna qədər formalaşdırılacaq”. Bunu APA-ya Müsavat Partiyasının başqanının müavini Gülağa Aslanlı deyib.

 

G.Aslanlı bildirib ki, əvvəlcə ilkin seçki qərargahı yaradılacaq: “Seçkilər yaxınlaşdıqca mərhələli olaraq qurumun formatında dəyişikliklər ediləcək. Seçki qərargahının yaradılması ilə bağlı hər hansı problem olmasa da, proses hələlik müzakirə mərhələsindədir”.

 

G.Aslanlı qeyd edib ki, partiyanın prezidentliyə namizədinin təbliğat-təşviqat işinin aparılması prosesi müasir taktika və texnologiyalardan istifadə etməklə həyata keçiriləcək.

 

G.Aslanlı partiyanın qurultayının keçirilməsi ilə bağlı məsələdə də bir yeniliyin olmadığını diqqətə çatdırıb: “Hələ ki, Bakı Şəhər İcra Hakimiyyətindən qurultayın keçirilməsi üçün yer ayrılmasına dair heç bir təklif və təşəbbüs yoxdur. Bu məsələ Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin fevralda keçiriləcək iclasında ətraflı müzakirə olunacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR