Bakı. Hafiz Heydərov, Elvin Yaqubov - APA. Müsavat başqanının müavini Tofiq Yaqublu İsmayıllı hadisələri ilə bağlı Respublika Prokurorluğuna çağırılıb. Müsavat Partiyasının mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilir ki, T. Yaqublu bu gün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində olub: “Müstəntiq Nadir Mirzəyev onu İsmayıllıya 24 yanvar səfəri ilə bağlı sorğu-sual edib. Tofiq Yaqublu sorğu-sual edildikdən sonra sərbəst buraxılıb”.
İsmayıllı rayon Polis Şöbəsindən isə APA-ya bildirilib ki, İsmayılı rayonunda baş verən hadisələrlə bağlı keçirilən aksiyalarda saxlanılanlardan 23 nəfər inzibati qaydada cərimələnib.
Saxlanılanlardan 8-9 nəfər barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində cinayət işi açılıb.
Aksiyada saxlanılan bir qrup şəxs dindiriləndən sonra sərbəst buraxılıb.