Lənkəran. Ağəddin Babayev – APA. Bu gün Lənkəran Rayon Məhkəməsində Müsavat Partiyası Lənkəran təşkilatının sədri, partiya başqanının müşaviri Yadigar Sadıqov barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
APA-nın məlumatına görə, Yadigar Sadıqov II qrup Qarabağ əlili Rəşid Fərman oğlu Kərimova qarşı xuliqanlıq hərəkəti etməkdə təqsirli bilinir.
Onun barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.