Bank Of Baku

Müsavat funksioneri: “Seçkilərdə namizədliklə bağlı məsələdə kim güzəşti təqdir edirsə, o da güzəştlə bağlı addım atmalıdır”

Müsavat funksioneri: “Seçkilərdə namizədliklə bağlı məsələdə kim güzəşti təqdir edirsə, o da güzəştlə bağlı addım atmalıdır”
# 05 yanvar 2013 12:14 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. “Seçkilərdə namizədliklə bağlı məsələdə kim güzəşti təqdir edirsə, o da güzəştlə bağlı addım atmalıdır”.

 

APA-nın məlumatına görə, bunu İctimai Palatanın sessiyasındakı çıxışında Müsavat Partiyası başqanının müşaviri Mustafa Hacıbəyli deyib. O bildirib ki, İsa Qəmbərin prezidentliyə namizədliyinin irəli sürülməsinin problemə çevrilməsi məsələsi düzgün deyil: “Hər kəs seçki mühitinin yaradılmasından danışır. AXCP sədri partiyasının mövqeyini buradakı çıxışı zamanı açıqlayıb. Bəzən partiyaların rəsmi mövqeyi ilə qeyri-rəsmi mövqeyi arasında fərqlər görürük”.

 

M. Hacıbəyli İP-in seçkidə iştirakı ilə bağlı irəli sürülən təkliflərə də öz münasibətini bildirib: “İlk olaraq deyim ki, İctimai Palatanın adından irəli sürülən şəxs rəsmi şəkildə vahid namizəd olaraq qeydiyyata alınmayacaq. Hər kəsi İctimai Palatanın qərarlarına hörmət etməyə çağırıram”.

 

M. Hacıbəyli iqtidarla mübarizədə daha təsirli addımlar atmağa çağırıb, ümumxalq mitinqlərinə start verilməsi ilə bağlı təklifinin müzakirəyə çıxarılmasını istəyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR