Bakı. Ramil Məmmədli - APA. Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verəcək.
Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, buna səbəb partiyanın dekabrın 10-da Milli Məclisin binası qarşısında piketin keçirilməsi ilə bağlı müraciətə mənfi cavab verilməsi olub.
Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı BŞİH-nin cavabının hüquqi tərəflərinin araşdırılıb, məhkəməyə müraciət ediləcəyini bildirib.
Qeyd edək ki, Müsavat Partiyası dekabr 10-da saat 14.00-dan 15.00-dək Milli Məclisin binası qarşısında piketin keçirməyi planlaşdırır. Bu aksiya İctimai Palata tərəfindən də dəstəklənib. Paytaxt rəhbərliyi isə piketin keçirilməsini məqsədəuyğun saymayıb.