Bank Of Baku

Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib

Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib
# 30 dekabr 2012 15:18 (UTC +04:00)

 

Bakı. Ramil Məmmədli - APA. Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib.

 

Müsavat Partiyası başqanının müavini, İctimai Palatanın katibi Gülağa Aslanlının APA-ya verdiyi məlumata görə, buna səbəb partiyanın dekabrın 10-da Milli Məclisin binası qarşısında piketin keçirilməsi ilə bağlı müraciətinə mənfi cavab verilməsi olub.

 

G.Aslanlı deyib ki, BŞİH-in cavabının hüquqi tərəflərinin araşdırılması və paytaxt rəhbərliyinin cavabının qanunsuz olması, o cümlədən cərimənin ödənilməsi tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə şikayət edilib.

 

Qeyd edək ki, Müsavat Partiyası dekabr 10-da saat 14.00-dan 15.00-dək Milli Məclisin binası qarşısında piketin keçirməyi planlaşdırıb. Bu aksiya İctimai Palata tərəfindən də dəstəklənib. Paytaxt rəhbərliyi isə piketin keçirilməsini məqsədəuyğun saymayıb.

 

Sonradan İP üzvləri MM-in qarşına deyil, Fəvvarələr meydanına toplaşıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR