Bank Of Baku

Müsavat Partiyası başqanının müşaviri polisə çağırılıb - YENİLƏNİB

Müsavat Partiyası başqanının müşaviri polisə çağırılıb - <span style="color: red;">YENİLƏNİB
# 23 yanvar 2013 15:15 (UTC +04:00)

Bakı - APA. Müsavat Partiyası başqanının müşaviri, partiyanın Lənkəran rayon təşkilatının sədri Yadigar Sadıqlı polisə aparılıb. Bu barədə APA-ya Müsavat Partiyasından məlumat verilib.

 

Partiya hesab edir ki, Y. Sadıqlının polis tərəfindən saxlanması Müsavat başqanının yanvarın 27-də Lənkərana planlaşdırılan səfəri ilə bağlıdır.

 

Y. Sadıqlı isə APA-nın cənub bürosuna açıqlamasında rayon Polis Şöbəsinə çağırıldığını, orada polis rəisinin əməliyyat işləri üzrə müavini Qabil Tağıyev tərəfindən qəbul edildiyini deyib. Görüşdə partiyanın Lənkəran təşkilatının yubileyinin keçirilməsi ilə əlaqədar Y. Sadıqlının rayon İcra Hakimiyyətinə göndərdiyi müraciət barədə müzakirə aparılıb.

 

Y. Sadıqlı deyib ki, rəis müavininə qapalı şəraitdə tədbir keçirəcəklərini, belə bir tədbirə hakimiyyətin, polisin müdaxiləsinin yolverilməz olduğunu deyib.

 

Onun sözlərinə görə, görüşdə razılıq əldə olunmadığından Q. Tağıyev ona polis rəisi Elxan Əliyevlə görüşməyi məsləhət görüb.

 

“Lakin şöbədə Elxan Əliyevin məşğul olduğunu və məni qəbul edə bilməyəcəyini söylədilər. Mən də bir azdan şöbəni tərk edəcəyəm”, - deyə Y. Sadıqlı bildirib.

 

DİN mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə APA-ya bildirib ki, Y. Sadıqlının Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə aparılması və rəis müavini ilə görüşməsi barədə məlumatlar həqiqətə uyğun deyil.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR