Bank Of Baku

Müsavat Partiyası qurultaya yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət məsələsini müzakirə edə bilər

Müsavat Partiyası qurultaya yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət məsələsini müzakirə edə bilər
# 08 yanvar 2013 11:51 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. “Əgər Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının təkrar müraciət etməsini istəyirsə və bu qurumda belə bir mövqe varsa, biz də ona istinad edib bu məsələni müzakirə edə bilərik”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı deyib.

 

O bildirib ki, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Müsavat Partiyasının qurultay üçün yenidən rəsmi şəkildə müraciət etməklə bağlı mövqeyi ilə yeni tanış olub. Bu səbəbdən həmin məsələ partiyanın Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsində müzakirə olunmayıb: “Əgər paytaxt rəhbərliyi bizim yenidən müraciət etməyimizi istəyirsə, bunu Müsavat Partiyasının rəhbərliyinə çatdıra bilərəm”.   

 

G.Aslanlı qeyd edib ki, partiyanın Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin növbəti iclası bu ayın sonuna qədər keçiriləcək. O əlavə edib ki, Müsavat Partiyası növbəti qurultayını keçirmək üçün 2012-ci il ərzində dörd dəfə Bakı Şəhər İcra Hakimiyyətinə  müraciət edərək, bu məqsədlə 800-1000 nəfərin yerləşə biləcəyi yer ayrılmasını xahiş edib: “Lakin adıçəkilən qurum partiyaya qurultayın keçirilməsi üçün münasib yer ayırmaqdan imtina edib. Təklif olunan yerlər isə qurultayın keçirilməsi üçün yararlı olmayıb. Ötən ilin dekabrında növbəti dəfə Bakı Şəhər İcra Hakimiyyətinə mətbuat vasitəsilə qurultay üçün 800-1000 nəfərlik yerin ayrılması tələb olunub. Hələlik bu müraciətə heç bir cavab yoxdur”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR