Bank Of Baku

Müsavat Partiyasının bir qrup üzvü AXCP-yə keçib

Müsavat Partiyasının bir qrup üzvü AXCP-yə keçib
# 15 yanvar 2013 10:27 (UTC +04:00)

Bu barədə APA-ya Müsavat Partiyasının Ağcabədi rayon təşkilatının özək sədri Mehman Məmmədov məlumat verib. M. Məmmədov deyib ki, onunla bərabər Müsavat Partiyası Ağcabədi rayon təşkilatının daha 3 üzvü - Tariyel Mirzəyev, İmdad Məmmədov və Adışirin Əliyev də AXCP-yə keçib.

 

M. Məmmədov qeyd edib ki, bu günə qədər AXCP-nin Ağcabədidə rayon təşkilatı olmayıb. Onların və digər şəxslərin təşəbbüsü ilə AXCP-nin rayon təşkilatının yaradılması üzrə Təşkilat Komitəsi də yaradılıb: “Belə hesab etdik ki, bundan sonra siyasi fəaliyyətimizi AXCP-də davam etdirək. Çünki bu təşkilatın siyasi xətti bizim baxışlarımızla üst-üstə düşür”.

 

M. Məmmədov atdıqları addımın Müsavat Partiyasında narahatlıqla qarşılanmasını istəmədiyini də söyləyib: “Bizim Müsavat Partiyasında heç bir problemimiz olmayıb. Sadəcə, son vaxtlar AXCP-nin siyasi xəttinin daha düzgün olduğunu düşünürük”.

 

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı isə APA-ya adıçəkilən şəxslərin partiyanı tərk etməsindən xəbərsiz olduğunu deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR