Bank Of Baku

Müstəqil hüquqşünasların hazırladığı “Seçki islahatları Memorandumu” müzakirə olunacaq

Müstəqil hüquqşünasların hazırladığı “Seçki islahatları Memorandumu” müzakirə olunacaq
# 18 yanvar 2013 08:52 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. Müstəqil hüquqşünasların hazırladığı “Seçki islahatları Memorandumu”nu dəstəkləyən qüvvələr bir araya gələrək, seçki strategiyasının formalaşdırılması istiqamətində müzakirələr aparacaq.

 

Bu barədə APA-ya İctimai Palatanın Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal məlumat verib.

 

V.Mirkamal deyib ki, yığıncaqda 11 siyasi partiya rəhbəri, 20-yə yaxın vətəndaş cəmiyyəti təşkilatları və ziyalılar iştirak edəcək.

 

Onun sözlərinə görə, artıq Müsavat Partiyası, AXCP, AMDP (Boz Qurd), AXP, ACP, AMİP, ALP, KXCP, VHP, Ümid Partiyası və ADP tədbirdə iştiraka razılıq verib. V.Mirkamal onu da qeyd edib ki, artıq bu qurumlar “Seçki islahatları Memorandumu”nu imzalayıb. Konfrans yanvarın 21-də keçiriləcək.

 

V.Mirkamal bildirib ki, memorandum konsolidasiya sənədi kimi qəbul olunmalıdır. Memorandumu qəbul edən qüvvələr bu sənəd əsasında vahid seçki platformasını da qəbul edə biləcəklər. V.Mirkamal Azərbaycan müxalifətinin yolunun bu prosesdən keçdiyini vurğulayıb: “Hesab edirik ki, memorandum ətrafında birləşərək, müəyyən bir formatda seçkiyə getmək olar”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR