Bank Of Baku

Müxalifətin Milli Şura yarada bilməməsinin səbəbi bəlli olub

Müxalifətin Milli Şura yarada bilməməsinin səbəbi bəlli olub
# 28 may 2013 09:30 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə bu gün Novxanıda Məmməd Əmin Rəsulzadənin heykəli önündə 28 May - Respublika Günü ilə əlaqədar müxalifət partiyaları tərəfindən keçirilən tədbirdə bildirilib.

 

Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər bildirib ki, Milli Şuranın bu gün elan olunması planlaşdırılsa da, müəyyən səbəblərə görə bu, təxirə salınıb: “Bu gecə  məşvərət keçirildi və qərara alındı ki, bəzi razılaşdırılmayan məqamlar üzündən Milli Şuranın bu gün elan olunması təxirə salınsın. Həmin məqamlar tezliklə razılaşdırılacaq və Milli Şura yaxın günlərdə elan olunacaq”.
 

Milli Şuranın elan olunması prosesinin ləngiməsinə səbəb müzakirə aparan tərəflərin qurumun xarici siyasət oriyentasiyası ilə bağlı ortaq məxrəcə gələ bilməməsidir. Bu barədə APA-ya müzakirələrdə iştirak edən mənbə bildirib. Belə ki, dünən keçirilən müzakirələrdə Müsavat Partiyasının başqanı İsa Qəmbər Milli Şuranın nizamnaməsinə “Milli Şura Avropaya inteqrasiyanın dəstəkləyən siyasi xətt yürüdür” müddəasının daxil edilməsini istəyiblər. Lakin “El” Hərəkatının rəhbəri Eldar Namazov və müzakirələrə telefonla qatılan Rüstəm İbrahimbəyov buna qarşı çıxıblar. Mənbə bu məsələnin mübahisələrə səbəb olduğunu və buna görə də qurumun elan edilməsinin təxirə salındığını bildirib.

 

“El” Hərəkatının rəhbəri Eldar Namazov APA-ya bu məsələ ilə bağlı danışmaq istəmədiyini deyib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR