Bank Of Baku

Nazir: "Peşə təhsil sistemi heç də Azərbaycanda tələb olunan bütün peşəkarları yüksək səviyyədə hazırlamır"

Nazir: "Peşə təhsil sistemi heç də Azərbaycanda tələb olunan bütün peşəkarları yüksək səviyyədə hazırlamır"
# 27 iyun 2013 21:22 (UTC +04:00)

APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarovun sözlərinə görə, bu məsələnin aktuallığı ondan qaynaqlanır ki, Azərbaycan öz iqtisadi, sosial inkişaf templərinə əsasən, son illər ərzində aparıcı mövqelərdə dayanır. O qeyd edib ki, bu da öz növbəsində Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyətli şəkildə zəruri bilik və müəyyən kompetensiyalara malik olan peşə məktəblərini bitirmiş məzunların ehtiyacını şərtləndirir: “Sirr deyil ki, biz bu gün tam istədiyimiz şəkildə bu vəzifənin öhdəsindən gələ bilmirik. Yəni, peşə təhsil sistemi heç də Azərbaycanda tələb olunan bütün peşəkarları yüksək səviyyədə hazırlamır. Amma bu məsələ və vəzifə çox reallıqla həyata keçirilə bilər. Bunun üçün müvafiq dövlət proqramına əsaslanırıq,  fikir və təcrübələrimiz var. Bu məsələnin həllini biz biznes sahəsində işəgötürənlərlə, istər dövlət müəssisələri, istərsə də özəl sektorla sıx əməkdaşlıqda, təcrübələrin aparılmasında, tədris proqramlarında artıq birbaşa olaraq işləyəcək müəssiələrlə sıx əməkdaşlıqda görürük. İqtisadiyyatin çoxşaxəli inkişafı üçün keçirilən layihələrdə də bu məsələ öz əksini tapır. Təhsil sisteminin buraxdığı məhsul iqtisadiyyatda, planlaşdırma, sosial həyatda ehtiyacımız olan bir məzun olmalıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR