Bank Of Baku

Ombudsman Göyçay və Ağdaşda ictimai dinləmələr keçirib

Ombudsman Göyçay və Ağdaşda ictimai dinləmələr keçirib
# 23 aprel 2013 20:30 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov-APA. “Azərbaycan Respublikasında İnsan Hüquq və Azadlıqlarının Müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın təbliği və tətbiqinin müzakirəsi ilə bağlı Göyçay və Ağdaş rayonlarında ictimai dinləmələr keçirilib. APA-nın verdiyi xəbərə görə, ictimai dinləmələrdə rayon icra hakimiyyəti və hüquq mühafizə orqanlarının rəhbər işçiləri, bələdiyyələrin, dairə seçki komissiyalarının, qeyri-hökümət təşkilatlarının, milli azlıqları nümayəndələri iştirak edib.

 

Ombudsman Elmira Süleymanova bildirib ki, Milli Fəaliyyət Proqramı normativ hüquqi bazanın təkmilləşdirilməsi, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi,  insan hüquqları sahəsində tədris, elmi-analitik və maarifləndirmə tədbirləri müəyyən edir. 2013-cü ilin Azərbaycanda prezident seçkiləri ili olduğunu vurğulayan ombudsman Elmira Süleymanova seçki hüquqlarının prioritet məsələ olduğunu vurğulayıb, seçki təcrübəsinin təkmilləşdirilməsi ilə əlaqədar olaraq, ölkə prezidentinin müvafiq sərəncamlarının əhəmiyyətini və bu sənədlərin təbliğinin və tətbiqinin zəruriliyini qeyd edib, əhalinin seçkilərdə fəal iştirakının, bu seçkilərin də demokratik, ədalətli, şəffaf, beynəlxalq standartlara uyğun keçirilməsinin vacibliyini söyləyib. Tədbir iştirakçılarına MFP-nin nüsxələri, Ombudsman təsisatı tərəfindən hazırlanan digər maarifləndirici vəsaitlər təqdim olunub.

 

Ombudsman E.Süleymanova Ağdaş və Göyçay rayon Polis Şöbələrinin müvəqqəti saxlama yerinə baş çəkib, saxlanılan hər bir şəxslə söhbət aparıb, hüquqlarını izah edib. Həmin şəxslər orada saxlanılma şəraitindən və müəssisə əməkdaşlarının onlara qarşı rəftarından narazılıq etməyiblər. Polis əməkdaşları ilə görüş keçirən E.Süleymanova qarşıdan gələn prezident seçkilərində vətəndaşların seçki hüquqlarının müdafiəsinə diqqət yetirilməsinin vacibliyi qeyd edib. Sonra müzakirələr aparılıb, suallar cavablandırılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR