Bank Of Baku

Oqtay Əsədov: “Bugünkü qüdrətli Azərbaycan ulu öndər Heydər Əliyevin xalqa xidmətinin nişanəsidir”

Oqtay Əsədov: “Bugünkü qüdrətli Azərbaycan ulu öndər Heydər Əliyevin xalqa xidmətinin nişanəsidir”
# 07 may 2013 09:28 (UTC +04:00)

APA-nın xəbərinə görə, O. Əsədov bildirib deyib ki, milli liderlər dünyasını dəyişəndən sonra da mənsub olduğu xalqın taleyində rol oynayır: “Azərbaycan tarixinin mühüm bir hissəsi Heydər Əliyevin xidmətləri ilə bağlıdır. Bu müddətdə Azərbaycan iqtisadi, siyasi müstəqillik qazanıb. Bugünkü qüdrətli Azərbaycan ulu öndərin xalqa xidmətinin nişanəsidir”.

 

O. Əsədov deyib ki, SSRİ-nin 1977-ci il Konstitusiyasında ermənilər öz havadarlarının köməyi ilə Dağlıq Qarabağa xüsusi status verilməsini istəsələr də, H. Əliyev bunun qarşısını alıb. 1978-ci ildə Azərbaycan Konstitusiyasında isə Azərbaycan dilinə dövlət dili statusu verilib. Bundan sonra H. Əliyev Azərbaycanın siyasi, iqtisadi, hərbi potensialının artırılması üçün məqsədyönlü planlar həyata keçirib. Hərbi kadrların hazırlanması üçün Bakıda hərbi ali məktəb açılıb: “Onun bütün bu xidmətləri Azərbaycanın müstəqilliyi üçün baza rolunu oynadı”.

 

Spiker deyib ki, H. Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıdandan sonra 4 ay müddətində parlamentə rəhbərlik edib: “Bu müddət ərzində Milli Məclisdə xalqı narahat edən məsələlər parlamentdə demokratik şəraitdə müzakirə edilirdi. Hakimiyyətdə olduğu dövrdə Heydər Əliyev ölkəni parçalamaq həddinə gətirən dövlət, hökumət böhranını aradan qaldırdı, vətəndaş müharibəsinin qarşısını aldı, bugünkü qüdrətli Azərbaycanın əsasını qoydu, ölkə böhrandan çıxdı. Azərbaycan dünyaya inteqrasiya olunmaqla öz layiqli yerini tutmağa başladı. Bu gün Azərbaycan dünya ölkələri qarasında öz layiqli yerini möhkəmləndirməkdədir. Bu işlərin həyata keçirilməsində Milli Məclis ümummilli Heydər Əliyevə həmişə dəstək verib”.

 

O. Əsədov deyib ki, tale H. Əliyevin üzərinə xüsusi bir missiya qoyub: “Bunu o özü də hiss edirdi. Heydər Əliyevin əziyyətlə qurub yaratdığı Azərbaycan etibarlı əllərdədir. Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR