Bakı-APA. Milli Məclisin sədri Oqtay Əsədov prezident İlham Əliyevin adından “Şöhrət” ordenini Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadəyə təqdim edib. DİP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, spiker Asim Mollazadənin ölkənin ictimai-siyasi həyatındakı rolunu, parlamentdəki fəaliyyətini, eyni zamanda Azərbaycanın maraqlarını xaricdə uğurla təmsil etməsini yüksək qiymətləndirib. O. Əsədov A.Mollazadəyə “Şöhrət” ordeni ilə yanaşı Milli Məclis adından təbrik məktubunu da təqdim edib.