Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Paralimpiya oyunları çempionlarına Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, sərəncama əsasən, İbrahimov Ramin İbrahim oğlu, Pronina Natali Aleksandrovna və Sultanova Afaq Vaqif qızına Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdü veriləcək.