Bank Of Baku

Partiya sədri: “Milli Şuranı yaratmaq istəyənlər onu nə üçün və hansı məqsədlə yaratdıqlarını bilmirlər”

Partiya sədri: “Milli Şuranı yaratmaq istəyənlər onu nə üçün və hansı məqsədlə yaratdıqlarını bilmirlər”
# 20 may 2013 10:59 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Milli Şuranı yaratmaq istəyənlərin böyük əksəriyyəti, demək olar ki, hamısı bu günə qədər, onun nə üçün və hansı məqsədlə yaradıldığını aydın təsəvvür etmirlər”. Bu açıqlamanı APA-ya Yaşıllar Partiyasının sədri, “Vətən” blokunun üzvü Mayis Gülalıyev verib.

 

Onun sözlərinə görə, Milli Şuranın indiyə qədər konkret məqsədi və məramı bəlli deyil: “Bu yaxınlarda Milli Şuranın təşəbbüsçülərindən biri olan Zəfər Quliyevlə danışığım oldu. Zəfər Quliyev Milli Şuranın məqsədini başqa şəkildə görür. O deyir ki, inqilab olarsa, Azərbaycanda hakimiyyət məsuliyyətini Milli Şura öz üzərinə götürməlidir və bu məqsədlə yaradılır. Gəlin baxaq - Azərbaycanda inqilabi vəziyyət vamı? Məgər Azərbaycanın Konstitusiyasında Azərbaycanda hər hansı hadisə baş verərsə, hakimiyyətin ötürülməsi məsələsi nəzərdə tutulmayıbmı? Bunlar hamısı var. Ona görə də Milli Şuranı yaratmaq istəyənlərin böyük əksəriyyəti, demək olar ki, hamısı bu günə qədər Milli Şuranın nə üçün və hansı məqsədlə yaradıldığını aydın təsəvvür etmirlər. Əgər inanmırsınızsa, Eldar Namazovdan Milli Şuranın hansı məqsədlə yaradıldığını soruşun”.

 

M.Gülalıyev bildirib ki, Milli Şura adı altında hər hansı birlik formatının yaradılmasına ehtiyac yoxdur: “Milli Şura demokratik qüvvələrin birliyi kimi xarakterizə olunursa, nəyə görə adı Milli Şuradır? İctimai Palata var, orada da birləşmək olardı. Yəni Milli Şura adının seçilməsi nə üçün vacib idi? Proqramı, məramı, məqsədi fərqli olan partiyaları hansı məqsəd altında bir yerə toplamaq olar? Bu adi deyil, çox ciddi məsələdir”.

 

Partiya sədri deyib ki, Milli Şuranın yaradılması ilə bağlı aparılan danışıqlar prosesinə “Vətən” bloku dəvət olunmayıb: “Sözdə deyirlər ki, demokratik qüvvələri birləşdiririk. Demək, iki partiya orada təmsil olunacaqsa, demokratik qüvvələr onlar olacaq? Digərləri demokrat sayılmayacaq? Kim o ölçü vahidini müəyyən edib? Ona görə də bizə dəvət gəlməyib. Çünki bilirlər ki, dəvət gəlsə, biz bu sualların cavabını onlardan soruşacağıq. Biz konkret siyasi mübarizə ilə, sosial qruplarla ayrı-ayrılıqda işləməklə məşğuluq. Yəni məqsədimiz hakimiyyət uğrunda mübarizə aparıb, cəmiyyətdə qarışıqlıq salmaq deyil. Məqsədimiz konkret problemləri həll etməkdir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR