Bank Of Baku

Pərviz Müşərrəf taliblərin təhdidlərindən qorxmadığını bəyan edib

Pərviz Müşərrəf taliblərin təhdidlərindən qorxmadığını bəyan edib
# 23 mart 2013 23:17 (UTC +04:00)

Bakı-APA.  Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəf martın 23-də keçirdiyi mətbuat konfransında bəyan edib ki, vətənə dönəcəyi halda onu öldürməklə hədələyən taliblərin təhdidləri onu qorxutmur.    

 

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, Müşərrəf qeyd edib ki, taliblər bundan əvvəl də dəfələrlə onun həyatına sui-qəsd törədiblər, lakin bu dəvə o əlavə təhlükəsizlik tədbirləri görməyə hazırdır.  

 

KİV-lərdə yayılmış “Taliban”ın hazırladığı videoçarxda qeyd olunur ki, “Müşərrəfi cəhənnəmə göndərmək məqsədi ilə” islamçı təşkilat artıq snayperlərdən və kamikadzelərdən ibarət dəstə yaradıb.  

 

Qeyd edək ki, Pərviz Müşərrəf martın 24-də ölkəsinə qayıdacağını bəyan edib.

 

APA-nın “CNN-Türk”ə istinadən verdiyi məlumata görə, martın 23-də  Dubayda keçirdiyi mətbuat konfransında P.Müşərrəf bildirib ki, nəyin bahasına olursa olsun, sabah ölkəsinə qayıdacaq: “Pakistanın inkişafı üçün və bütün spekulyasiyalara son qoymaq missiyası ilə ölkəmə qayıdıram”.

 

İçərisində P. Müşərrəf və onu müşayiət edən 240 nəfərin olduğu təyyarənin martın 24-də yerli vaxtla saat 15:00-da Pakistanın Karaçı şəhərinə enəcəyi gözlənilir.

 

Keçmiş baş nazir Benazir Bhutto və bugti tayfasının lideri Əkbər Xanı öldürməkdə ittiham olunan Pərviş Müşərrəf artıq 5 ildir ki, mühacirətdə yaşayır.

 

2010-cu ildə o, İslam Birliyi Partiyasını yaradıb və may ayında ölkəsində keçiriləcək parlament seçkilərdə həmin partiyanın namizədi kimi iştirak etmək niyyətindədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR