Bank Of Baku

Pirallahı seçki dairəsi yaradılıb

Pirallahı seçki dairəsi yaradılıb
# 02 aprel 2013 13:27 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA-nın məlumatına görə, çıxış edən MSK-nın sədr müavini Natiq Məmmədov bildirib ki, Pirallahı rayonunun yaradılması ilə əlaqədar bundan əvvəl bu ərazinin aid olduğu Xəzər rayonuna aid olan 13 saylı birinci və 14 saylı ikinci seçki dairələrinin adlarında və ərazilərinin tərkibində dəyişikliklər edilməlidir. Bununla 14 saylı Xəzər ikinci seçki dairəsinin əsasında Pirallahı seçki dairəsi yaradılıb. Bu dəyişikliyə uyğun olaraq 13 saylı Xəzər birinci seçki dairəsi “13 saylı Xəzər seçki dairəsi” adlandırılıb. Komissiya dəyişiklikləri səsə qoyaraq qəbul edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR