Bank Of Baku

Qafqaz Müsəlmanları İdarəsi: İsa Qəmbərə hücumda nümayəndəmiz iştirak etməyib

Qafqaz Müsəlmanları İdarəsi: İsa Qəmbərə hücumda nümayəndəmiz iştirak etməyib
# 18 yanvar 2013 11:53 (UTC +04:00)

QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova APA-ya açıqlamasında bildirib ki, mətbuatda göstərildiyi kimi, həqiqətən də adı çəkilən Qəni Axundzadə QMİ-nin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsidir.

 

Lakin QMİ nümayəndəsi Qəni Axundzadənin bu olayda iştirakını təkzib edib: “Bizim heç bir nümayəndəmiz bu hücumda iştirak etməyib və bu, QMİ-yə, onun rəhbərliyinin adına böhtandır. İdarənin və Şeyxin adının bu hadisədə hallanması təxribatdır”.

 

Qeyd edək ki, “Yeni Müsavat” qəzetinin yazdığına görə, İsa Qəmbərə edilən hücumda QMİ sədri Allahşükür Paşazadənin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Qəni Axundzadə də iştirak edib. Ancaq o, bu prosesə dindarları cəlb edə bilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR