Bank Of Baku

QAT-ın qurultayı keçirilib

QAT-ın qurultayı keçirilib
# 01 iyun 2013 11:12 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. Bu gün Qarabağ Azadlıq Təşkilatının 4-cü qurultayı keçirilib. APA-nın məlumatına görə, əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olanların ruhu yad edilib, Azərbaycanın Dövlət Himni oxunub. Sonra çıxış edən QAT sədri Akif Nağı hesabat məruzəsində bildirib ki, təmsil olunduğu qurum Azərbaycan torpaqlarının – Qarabağın işğaldan azad olunmasını qarşısına məqsəd qoyub: “Nə qədər ki, torpaqlarımız işğal altındadır, hansısa nəticədən, nəyəsə nail olmağımızdan danışmağımız yersizdir. Bu illər ərzində təşkilatımız müharibə əhval-ruhiyyəsinin gücləndirilməsi üçün hərtərəfli iş aparıb”.

 

QAT sədri ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların əhəmiyyətsiz olduğunu da qeyd edib: “Xalq diplomatiyasının geniş vüsət almasına imkan verməməklə ermənilərin yalançı sülh danışıqlarının qarşısını almağa çalışdıq. Ermənilərin Azərbaycana davamlı səfərlərinin qarşısı alındı. On il əvvəl biz müharibə bəyanatları verəndə, bizi qınayırdılar. İndi isə artıq dövlət rəsmlərindən də belə açıqlamaların sayı artıb”.

 

QAT sədri çıxışında qarşıda duran məsələlərə də toxunub. O bildirib ki, QAT-ın növbəti vəzifəsi cəmiyyətin müharibəyə stimullaşdırılması və səfərbər edilməsi barədə təbliğat aparmaqdır: “Digər vəzifəmiz isə saxta danışıqlar prosesinin dayandırılmasına nail olmaqdır. Milli barış birlikdən keçir. Bunun üçün isə müharibə qaçılmazdır. Hər şeyimiz var: Ordu, silah, pul... Bəs elə isə nə üçün müharibəyə başlamırıq? Qarabağsız Azərbaycan olmayacaq. Ya Qarabağ, ya ölüm!”

 

Qurultayda təşkilati məsələlərə baxılıb. Akif Nağı növbəti müddətə QAT sədri seçilib.

 

Sonda bəyanat qəbul olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR