Bunu APA-ya açıqlamasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov Ermənistan-Azərbaycan sərhədlərinin Rusiya Sərhəd Qoşunları tərəfindən mühafizəsi ilə bağlı erməni tərəfinin müraciətinə münasibət bildirərkən deyib. Komitə sədri bildirib ki, hazırkı məqamda sərhədlərin birbaşa Rusiya sərhədçiləri tərəfindən qorunması absurd məsələdir.
Q. Məmmədov qeyd edib ki, SSRİ-nin mövcud olduğu dövrdə müttəfiq respublikalar arasındakı sərhədlər daxili proseduralar vasitəsilə müəyyənləşib. Azərbaycanla Ermənistan arasında bu məsələ ilə bağlı sonuncu sənədləşmə mərhələsi 1980-ci illərin əvvəllərində baş verib. Q. Məmmədov qeyd edib ki, hər iki tərəfdə bunu təsdiq edən sənədlər mövcuddur: “Azərbaycanla Ermənistan arasındakı sərhəd zolağı 1980-ci illərin əvvəllərində protokollaşdırılıb”.
Qeyd edək ki, Ermənistanın Azərbaycanla olan sərhədinin mühafizəsi ilə bağlı müraciətini Rusiya tərəfi müsbət dəyərləndirməyib və münaqişə həll olunandan sonra buna baxılmasının mümkünlüyü vurğulanıb.