Bank Of Baku

QHT-lər bu il keçiriləcək prezident seçkilərində prezident İlham Əliyevin namizədliyinin dəstəkləyəcəklər - FOTO

QHT-lər bu il keçiriləcək prezident seçkilərində prezident İlham Əliyevin namizədliyinin dəstəkləyəcəklər - <span style="color: red;">FOTO
# 29 may 2013 13:41 (UTC +04:00)

APA-nın məlumatına görə, bu gün “QHT sektorunun inkişafı məqsədilə ictimai müzakirələrin təşkili” layihəsi çərçivəsində “QHT-Hökumət dialoqunun gücləndirilməsi” adlı tədbirdə bununla bağlı müraciət qəbul olunub.

 

Tədbirdə Prezident Administrasiyasının (PA) ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib ki, QHT-lər Azərbaycan siyasətinə alternativ fəaliyyət ortaya qoyan qurumlardır.

Onun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən 600-dən çox QHT nümayəndəsinin Azərbaycan Prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləməsini böyük əhəmiyyəti var. PA rəsmisi 2013-cü il prezident seçkilərinin də tam şəffaf, demokratik keçəcəyinə əminliyini vurğulayıb. Ə. Həsənov Azərbaycanda dövlətin QHT-lərə dəstəyindən danışıb. O qeyd edib ki, hətta bəzi dövlət qurumları var ki, dövlət tərəfindən daima dəstək almır, QHT-lər isə mütəmadi olaraq dövlətdən yardım əldə edirlər. O müxtəlif sahələrdə fəaliyyət göstərən QHT-lərə maliyyə dəstəyinin ayrıldığını vurğulayaraq, ayrı-ayrı nazirliklər tərəfindən də QHT-lərin layihələrinə maliyyə vəsaitinin ayrıldığını deyib. PA şöbə müdiri deyib ki, Azərbaycanın Dağlıq Qarabağ problemi, qaçqın və köçkünlərin problemlərinin beynəlxalq aləmə çatdırılması ilə bağlı da layihələrə qrantların ayrıldığını deyərək bu işdə beynəlxalq qurumların rolunu qeyd edib. O eyni zamanda bəzi beynəlxalq QHT-lərin Azərbaycanla bağlı açıqlamalarının və mövqelərinin subyektiv xarakter daşıdığını və reallığı əks etdirmədiyini vurğulayıb: “Həmin təşkilatlar sanki islam dünyasında xaos yaradılmasına çalışırlar”.

 

Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirib ki, Azərbaycanda vətəndaş cəmiyyətinin qurulması istiqamətində müstəqilliyin 20 ilində böyük addımlar atıb. O bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsini xüsusi qeyd edib. R. Zeyni deyib ki, ötən illər ərzində həm Bakıda, həm regionlarda QHT-lərin bilik və bacarıqlarının artırılması, onların inkişaf proqramlarının həyata keçirilməsi, geniş layihələrin reallaşdırılmasında dövlət tərəfindən geniş dəstək göstərilib. O xüsusi olaraq qeyd edib ki, milli maraqların müdafiəsi, Ermənistanın Azərbaycana qarşı təcavüz ünün dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan QHT-ləri əhəmiyyətli layihələr həyata keçiriblər.

 

Tədbirdə çıxış edən QHT rəhbərləri Azərbaycanda bu sahənin inkişafı üçün görülmüş işlərdən, qarşıda duran vəzifələrdən söz açaraq öz təkliflərini səsləndiriblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR