Bank Of Baku

Qüdrət Həsənquliyev Strasburqa gedib

Qüdrət Həsənquliyev Strasburqa gedib
# 16 aprel 2013 12:18 (UTC +04:00)

Bakı – APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Avronest Parlament Assambleyasının Büro iclasında iştirak etmək üçün Strasburqa yol düşüb.

 

BAXCP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Şamaxının millət vəkili Elxan Süleymanov Vyanada keçirilən mühüm bir tədbirə qatıldığı üçün Büro iclasında Azərbaycan nümayəndə heyətini Qüdrət Həsənquliyev təmsil edəcək.

 

İclasda Avronest Parlament Assambleyasının 3-cü sessiyasının proqram və gündəlik layihəsi müzakirə olunacaq, Avronest PA-nın Daimi Komitələrinin məruzə layihələrinə düzəlişlər barədə məlumat veriləcək.

 

İclasda Prosedur Qaydaları üzrə İşçi Qrupu və Belarus üzrə İşçi Qrupunun mandatının uzadılmasının mümkünlüyü barədə qərarın hazırlanması, Avronest PA-nın 3-cü sessiyası üçün Prosedur Qaydalarının 4.5-ci maddəsinin müddəalarının qəbul edilməsi, növbəti iclasın tarixi və yerinin müəyyənləşdirilməsi də nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR