APA-nın məlumatına görə, R. Həbibov YAP Quba rayon təşkilatının İdarə Heyəti və Şura üzvlüyündən çıxarılıb. R. Həbibov sıravi üzv kimi fəaliyyətini partiyada davam etdirəcək.
Onun yerinə Quba Rayon İcra Hakimiyyətinin indiki başçısı Mübariz Ağayev təyin olunub.
YAP-ın Quba rayon təşkilatından APA-ya məlumatı təsdiqləyiblər.